Şəki şəhəri İcra hakimiyyətinin başçısı Murad Qorxmaz oğlu Cabbarlı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elxan Zabir oğlu Usubov Şəki şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib.
ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Elxan Zabir oğlu Usubov bundan öncə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı idi. O, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Ağstafa rayon İcra Hakimiyyətindəki vəzifəsindən azad edilərək Şəki şəhəri İH başçısı vəzifəsinə təyin edilib. ANSPRESS
Şəkinin icra başçısı Elxan Usubov oldu
Bu postda Murad Cabbarlını Elxan Usubov əvəz edib.




Şərhlər