Şəkini də sel basdı
18 May 2010 Çərşənbə Axşamı 11:55
Şəkini də sel basdı. Vərəzət çayı məcrasından çıxıb.
Dünən yağan güclü yağışlar Şəki şəhərinin Baş Zəyzid və Vərəzət kəndlərinə də ziyan vurub. Bu barədə ANS PRESS-ə kənd sakinləri məlumat verib. Rayonun Baş Zəyzid kənd sakini Sahil Sabir oğlu Qasımov sözlərinə görə, ötən gecədən başlayaraq yağan güclü yağışlardan sonra Vərəzət dağ çayında suyun səviyyəsi kəskin qalxıb.
Nəticədə sahil boyunda yerləşən mağazalara ciddi ziyan dəyib. Sel suları bir sıra həyətyanı sahələrə yaxınlaşaraq təhlükəli vəziyyət yaradıb. Bundan başqa, sel çayın üzərindəki körpünü də uçurub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: