Şəkidə qasırğa ciddi fəsadlar törədib
12 İyun 2011 Bazar 13:37
Rayon əhalisinin 20 faizi işıqsız qalıb
Dünən gecə saatlarından etibarən Şəkidə güclü leysala müşayət olunan qasırğa baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, güclü külək nəticəsində şəhərin elektrik təchizatına böyük ziyan dəyib.

Leysan Kiş çayının daşmasına səbəb olub, baş su hövzəsi dağılıb. Güclü küləyin müşayiəti ilə yağan leysan bir çox təsərrüfat obyektlərinə də zərər vurub. Evlərin və tikililərin dam örtüyü dağılıb, elektrik dirəkləri sıradan çıxıb.

Şəkinin elektrik şəbəkəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırda elektrik enerjisinin bərpa olunması istiqamətində işlər gedir. Günün sonuna qədər elektrik enerjisinin bərpası planlaşdırılır. Hazırda Şəkinin 20 faiz əhalisinə hələ də elektrik enerjisi verilməyib.

Qeyd edək ki, məsələ ilə əlaqədar rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Valeh Ələkbərov Bakıda olduğu üçün ondan hadisə haqqında dəqiq məlumat öyrənə bilmədik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar