Ölkə

Şəki sakinləri iki gün azansız qalıb

Azanın verilməməsinə səbəb Latviya prezidentidir?

· Xəbərçi
Şəki sakinləri iki gün azansız qalıb

 

İki gündür ki, Şəki əhli azan səsinə həsrət qalıb. Şəki sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, azanın verilməməsinə səbəb Latviya prezidenti Valdis Zatlersin həmin şəhərə səfəri ilə bağlıdır.

Sakinlər bildirib ki, avqustun 10-11-də azanın mikrofonsuz verilməsi ilə bağlı tapşırıq Qafqaz Müsəlmanları İdarəsindən gəlib.

İki gündür ki, azanın səsini yalnız məscid ətrafında yaşayanlar eşidə bilir. /ANS PRESS/

 

Şərhlər