Ölkə

Şəki rayonunda zibillikdən silah-sursat tapılıb

Zibillikdən silah-sursat tapılıb. Hadisə Şəki rayonunda qeydə alınıb

· Xəbərçi
Şəki rayonunda zibillikdən silah-sursat tapılıb
Şəki rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində silah-sursat aşkar edib. Şöbənin rəis müavini Seymur Namazovun sözlərinə görə, şöbəyə magistral yoldan 100 metr aralı ərazidə silah-sursat olduğuna dair anonim zəng daxil olub.

Məlumatı dəqiqləşdirmək üçün hadisə yerinə əməliyyat istintaq qrupu yollanıb. Əraziyə baxış keçirilərkən zibilliyin içərisində kisələrə yığılmış çoxlu sayda silah-sursat aşkar olunub.

Tapılan silahlar ekspertiza üçün Daxili İşlər Nazirilyinə təhvil veriləcək. Hazırda polis şöbəsində müvafiq təhqiqat araşdırmaları aparılır. ANSPRESS

Şərhlər