Şəki-Qax yolu 70 km qısalacaq
24 Avqust 2011 Çərşənbə 14:54
Yeni körpülər sürücülərin daha az məsafə qət etməsinə imkan yaradacaq
Azərbaycanın Şəki şəhərində salınan yeni körpülər sürücülərin daha az məsafə qət etməsinə imkan yaradacaq. ANS TV-nin Şəki bürosunun məlumatına görə, ümumilikdə, gələn il Şəki-Qax bölgəsində 13 körpu istismara veriləcək. Bu da sürücülərin yolunu düz 70 km qısaldacaq
Tikinti şirkətinin nümayəndəsi Sahib Həsənov bildirib ki, körpülərin tikintisinə prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci il fevral ayında başlanılıb. Tikintini Körpü-bina tikinti şirkəti həyata keçirir.
Sürücülər yeni çəkilən yoldan və bu körpülərdən istifadə etməklə həm vaxtlarına, həm də yanacağa qənaət edəcəklər.
DOSTLARINLA PAYLAŞ: