Şəki ipəyi təhlükədədir
12 Avqust 2011 Cümə 18:01
Belə getsə, gələcək nəsillər dünyada məşhur olan Şəki ipəyinin şöhrəti barədə ancaq kitablardan oxuya biləcək
Şəkinin ən iri istehsal müəssisəsi olan “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi həyəcan təbili çalır. Buna səbəb rayonda ipəkçilik sahəsinin gündən-günə öz mövqeyini itirməsidir. Belə getsə, gələcək nəsillər bir vaxtlar dünyada məşhur olan Şəki ipəyinin şöhrəti barədə ancaq kitablardan oxuya biləcək.
Geologiya və Minerologiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadənin Şəki ipəyi haqda yazdıgı kitabda belə bir qeyd var: “Şəki yer kürəsində ipəkçiliyin yarandıgı məkanlardan biridir”.
Professorun dediyinə görə, 1863-cü ildə İtaliya və Fransada ipək qurdunda xəstəlik aşkar olunub. Alimlər belə nəticəyə gəlib ki, bu qurdlar yalnız ipək qurdlarının vətənində müalicə oluna bilər. Xəstə qurdlarını gətirib Şəkidə müalicə edən italyanlar və fransızlar bununla Şəkinin ipək qurdunun vətəni oldugunu sübut edirlər. Şəki ipəyi Fransanın Lion şəhərinin ipəyi ilə eyni keyfiyyətdə olduğu üçün avropalılar Şəkini Qafqazın Lionu adlandırırlar.
“Şəki İpək” ASC-nin texniki direktoru Şirin Əzizovun sözlərinə görə, müəssisədə bu gün 500 nəfərə yaxın işçi calışır. Onların 80 faizinin qadınlar təşkil etdiyini deyən Ş.Əzizov qeyd edib ki, əgər ipəkçilik inkişaf etsə, 1500-ə yaxın adam buradan çörək pulu qazana bilər”.
DOSTLARINLA PAYLAŞ: