Şəkər qıtlığı yaranacaq
25 Noyabr 2009 Çərşənbə 16:30
Şəkər qıtlığı yaranacaq. Yeganə çıxış yolu istehlakın azaldılması ola bilər.
İxrac tələbatı ödəmək iqtidarında olmadığından dünya 2010-cu ilin birinci yarısında şəkər qıtlığı ilə üzləşə bilər. İsveçrənin şəkər brokeri “Kingsman SA” şirkətinin direktoru Conatan Kinqsmen belə açıqlama verib. "İqtisadi forum" jurnalının məlumatına görə, Kinqsmen bildirib ki, təmiz şəkər qıtlığı 3-4 ton olacaq. Pakistan, Banqladeş, Malayziya və s. kimi ölkələr şəkər idxalında problemlərlə üzləşirlər.
Ekspertin fikrincə, vəziyyət daha da pisləşə bilər və yeganə çıxış yolu istehlakın azaldılması ola bilər. Çünki qiymətlərin bahalaşması çıxış yolu deyil.
Sentyabrda şəkərin qiyməti əlverişsiz hava şəraiti ucbatından Braziliya və Hindistandan tədarükün azalacağı ehtimalı ilə son 28 ildə ən yüksək həddə çatmışdı.
ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, Hindistan oktyabrın 1-dən başlayaraq bir il ərzində rekord səviyyədə 6 milyon ton şəkər idxal etməli olacaq.
Ukraynada şəkər təklifinin azlığı müşahidə edilir. Qiymət artımına səbəb cari ildə 1,5 milyon tonluq istehsala qarşı 2 milyon ton həcmində istehlakı olması olub.
2009-cu ildə 11-12 milyon ton həcmində şəkər çuğunduru istehsalı gözlənilir ki, bundan da 1,3 milyon ton miqdarında şəkər almaq mümkün olacaq. Şəkər bazarında vəziyyət hökumətin addımından asılı olacaq. Dövlət ehtiyatında olan şəkər kəsiri aradan qaldırmaq üçün bəs etməyə bilər. Belorusdan ağ şəkər idxal edilərsə, vəziyyət düzələ bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: