Sehiyye Nazirliyi Qaynar xettine 771 müraciet daxil olub
08 Oktyabr 2013 Çərşənbə Axşamı 15:14
Müraciətlərin 571-i şikayət xarakterli olub.
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə 2013-cü il avqust-sentyabr ayları ərzində 771 müraciət edilib.
ANS PRESS Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, daxil olmuş müraciətlərin 571-i şikayət (33-ü əsaslı, 348-i isə əsassız, 190-ı cari problemlərlə bağlı şikayət), 188-i isə sorğu xarakterli olub. 12-si isə aidiyyatı üzrə edilməyib.
Məlumatda qeyd olunur ki, daxil olmuş müraciətlər mütəxəssislər tərəfindən araşdırılıb, tədbirlər görülüb.
DOSTLARINLA PAYLAŞ: