Səhiyyə Nazirliyi hərəkətə keçdi
08 Sentyabr 2014 Bazar Ertəsi 16:31
ANS-in davamlı şəkildə özəl tibb sahəsi ilə bağlı təqdim etdiyi araşdırmlar öz nəticəsin verməyə başladı.
ANS-in davamlı şəkildə özəl tibb sahəsi ilə bağlı təqdim etdiyi araşdırmlar öz nəticəsin verməyə başladı. Səhiyyə Nazirliyi hərəkətə keçdi.

Nazirlik klinikalara xaricdən dəvət olunan və geniş reklam edilən xarici həkimlərin ölkəyə gəlib, qanuni yolla əmək fəaliyyəti ilə məşğul olması faktını araşdırmağa başladı.

Belə ki, bütün respublika üzrə monitorinqlərə start verilib. Həmçinin Səhiyyə Nazirliyi İnterpol tərəfindən axtarışa verilən plastik cərrah Elçin Məmmədovla bağlı da araşdırmalara başladı.

Nazirliyin yaratdığ komissiya həkimin və onun hazırda fəaliyyət göstərdiyi klinikanın qanunvericiliyə uğun olaraq işləyib, işləmədiyini araşdıracaq.

Səhiyyə Nazirliyinin rəsmisi Anar Qədirli bildirib ki, Səhiyyə Nazirliyinin xüsusi komissiyası var ki bu komissiyanın işi özəl tibb müəssiəslərinin işi və fəaliyyətinə nəzarət etməkdir. O qeyd etdiki əgər xarici vətəndaş öz vətənində təhsil alıbsa, onda burda öz diplomlarını təqdim edib, Nazirlik tərəfindən xüsusi razlılıq almalıdır. Amma yox əgər Azərbaycan vətəndaşıdırsa və başqa ölkədə təhsil alıbsa onda yenədə burda diplomunu təqdim etməlidir və həmin diplom təsdiqlənməlidir.

Anar Qədirli cərrah Elçin Məmmədov Nazirliyə sənəd üçün müraciət etmədiyini və onun fəaliyyətinə belə icazə verilmədiyini dedi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar