Şəhidlərimizin intiqamı alınır
03 Avqust 2014 Bazar 21:50
"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhid Qaryağdı Əhmədovun atası Eldar Əhmədova təqdim edilib.
Bu gün müdafiə nazirliyinin yüksək rütbəli zabitləri şəhid Qaryağdı Əhmədova ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Eldar Əhmədova təqdim edib.

ANS PRESS-in məlumatına görə, şəhidin ailəsinə baş sağlığı verən müdafiə nazirliyinin əməkdaşları ilə birgə yas mərasimində silahlı qüvvələrə ictimai nəzarət birliyinin nümayəndələri də iştirak edib.

Çıxışlar zamanı bildirilib ki, şəhidlərimizin intiqamı alınır və bundan sonra da alınacaqdır. Şəhid atası deyib ki, təkcə oğlu Qaryağdı ilə deyil, Azərbaycan bayrağını uca tutan, vətən yolunda şəhid olan bütün əsgərlərimiz ilə fəxr edir.

Qeyd edək ki, şəhid Qaryağdı Əhmədov əslən Ağdamın işğal altındakı Saybalı kəndindəndir. Qaryağdı Əhmədov Ağdamın Quzanlı qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılıb.












DOSTLARINLA PAYLAŞ:

oyunlar