Sefer Ebiyev yeni teyinat gözleyir
09 Noyabr 2013 Şənbə 16:07
İstefaya gönderilen general Sefer Ebiyev hazırda Bakıdakı evinde dincelir.
18 ilden çox müdafie naziri olmuş general polkovnik Sefer Ebiyev bu il oktyabrın 22-de ölke başçısının serencamı ile vezifesinden azad edildi. İstefaya gönderilen general hazırda Bakıdakı evinde dincelir. Bu barede Modern.az saytına generala yaxın menbe melumat verib. Bildirilib ki, yaxın aylarda Sefer Ebiyevle bağlı yeni teyinat ola biler ve general özü de bunu ölke rehberliyinden gözleyir. 63 yaşlı eks-müdafie nazirinin hansı vezifeye gönderileceyi bileceyine gelince, generala yaxıb menbe bu haqda helelik melumat vermek istemeyib.
General-polkovnik Sefer Ebiyev 1992-1995-ci illerde Müdafie Nazirliyi Baş Qerargah reisinin birinci müavini, Baş Qerargah reisi-müdafie nazirinin birinci müavini, müdafie naziri vezifesinin icraçısı, müdafie nazirinin müavini vezifelerinde çalışıb.
1995-ci il fevralın 5-den 2013-cü il oktyabrın 22-dek Azerbaycan Respublikasının müdafie naziri postunu tutub.
DOSTLARINLA PAYLAŞ: