Səfər Əbiyev açıqlama verdi
23 Oktyabr 2013 Çərşənbə 11:59
18 ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev açıqlama verib.
18 ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev açıqlama verib.

“Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib: “Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”.

Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar