Səfa Mirzəyev “Alternativ xidmət haqqında” qanun layihəsinin Milli Məclisdəmüzakirəyə çıxarılmasını
20 Noyabr 2009 Cümə 15:15
İşğal altında olan Azərbaycan torpaqlarının hərbi yolla qaytarılması məsələsi arxa plana keçəcəksə, o zaman sözsüz ki, “Alternativ xidmət haqqında” qanun layihəsi Milli Məclisin (MM) müzakirəsinə çıxarılacaq.
APA-nın xəbərinə görə, bunu MM Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. S. Mirzəyev deyib ki, hazırda qanun layihəsi ilə bağlı Avropa Şurasının ekspertləri ilə birgə müzakirələr aparılır: “Biz layihəni Avropa Şurasına göndərmişdik. Onlar baxıb geri qaytardılar. İndi layihə üzərində iş gedir. Biz istəyirik ki, yeni ildən sonra qanun layihəsinin işlənməsi üzrə İşçi Qrupunu yenidən toplayaq və sənədi bir daha müzakirə edək”.

Müzakirələrdən sonra layihənin MM-in müzakirəsinə təqdim olunub-olunmayacağına gəlincə, S. Mirzəyev deyib ki, bu, Qarabağ problemi ilə bağlı aparılan danışıqlardan asılı olacaq: “Əgər Qarabağ problemi ilə bağlı danışıqlarda müsbət irəliləyişlər əldə olunarsa, münaqişənin hərbi yolla həlli məsələsi arxa plana keçəcəksə, o zaman sözsüz ki, layihə parlamentin müzakirəsinə çıxarılacaq. Amma hərbçilər bu layihəsinin əleyhinədirlər. Onlar hesab edirlər ki, müharibə aparan dövlətdə bu qanunu qəbul etmək tezdir”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar