Seçkilerin Monitorinqi ve Demokratiyanın Tedrisi Merkezi ofisinde yoxlama aparılıb
01 Noyabr 2013 Cümə 10:51
Demokratiyanın Tedrisi Merkezi ofisinde yoxlamalar aparılıb, kompüterlere baxılıb.
Oktyabrın 31-de Seçkilerin Monitorinqi ve Demokratiyanın Tedrisi Merkezinin (SMDT) ofisinde yoxlamalar aparılıb, kompüterlere baxılıb.
Merkezin rehberi Anar Memmedli AzadlıqRadiosuna melumatı tesdiqleyib. O, yoxlamaları heyata keçirdikleri layihelerle elaqelendirir: "Yoxlamaları Baş Prokurorluğun Ağır Cinayetlere dair İstintaq İdaresi aparır. Bizimle bağlı bu mesele bir-neçe gün evvel başlanıb. Bu yoxlamalar bizim layihelerle bağlıdır. Bir qeder anlaşılmazlıq var, bele ki, adeten bu meselelerle bağlı Vergiler Nazirliyi yoxlama aparmalıdır. İstintaq sirri olduğu üçün detallı melumat vere bilmirik. Hele ki, gözleyirik".
DOSTLARINLA PAYLAŞ: