Seçkilərdə yol verilmiş qanun pozuntuları ilə bağlı araşdırmalara başlanılıb
01 Noyabr 2013 Cümə 15:24
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ndə yoxlamalar gedir.
Baş Prokurorluq “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ndə aparılan yoxlamalara münasibət bildirib.
Qurumun mətbuat xidmətini rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ndə yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.
Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
DOSTLARINLA PAYLAŞ: