Seçki prosesində qanun pozuntuları olub
09 Oktyabr 2013 Çərşənbə 15:30
Seçki prosesində qanun pozuntuları olub. Bu barede MSK-nın sedri Mezahir Penahov keçirdiyi metbuat konfransında deyib.
Seçki prosesində qanun pozuntuları olub. ANS PRESS-in müxbirinin verdiyi məlumata görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Cəlilabadda bir nəfər şəxs 10 ədəd seçki bültenini götürüb və seçki məntəqəsindən uzaqlaşıb. MSK sədri həmin şəxsin kimliyi barəsində məlumatların olmadığını və naməlum şəxsin axtarışı üçün müvafiq göstəriş verildiyini deyib.

Qeyd edək ki, bundan başqa Zərdabda da qanun pozuntusu aşkarlanıb. Belə ki, yerli müşahidəçilərdən biri telefon ilə görüntü almaq istəyərkən münaqişə yaranıb. Bu faktla bağlı da araşdırmaların aparılması üçün göstəriş verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar