“Seçicilər Azərbaycanda deputatı şəxsi məsələlərlə boğurlar”
05 Sentyabr 2011 Bazar Ertəsi 11:56
“Təəssüflər olsun ki, Azərbaycanda seçicilər hələ də deputatdan onun səlahiyyətindən artıq şeylər umurlar”.


APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. O, deputatın hüquq və vəzifələrinin Konstitusiyada göstərildiyini xatırladıb. Z. Əsgərov deputatların əsas işinin qanunvericiliklə bağlı, həmçinin beynəlxalq təşkilatlarla işləmək olduğunu deyib və digər vəzifələrini sadalayıb: “Ancaq bizdə sovet nostalgiyasından qalma bir düşüncə də var ki, məsələn, ay mənim evimi su basdı, evim uçdu, deputat baxmadı və s. Axı bunlar deputatla bağlı məsələlər deyil. Düzdür, bu o demək deyil ki, deputat seçicilərdən kənarda qalmalıdır. Əlbəttə ki, deputat ümumilikdə seçicilərin, bölgənin problemlərini öyrənib Milli Məclisin iclasında qaldırmalıdır. Ancaq bizdə deputatı şəxsi məsələlərlə boğurlar. İnanıram ki, bu problem zaman keçdikcə aradan qalxacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar