Saxtakarlıq edən sahibkar cərmələndi
22 Oktyabr 2013 Çərşənbə Axşamı 11:02
"Haqsız rəqabət haqqında" qanununun tələblərini pozduğuna görə sahibkara 5,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Saxtakarlıq edən sahibkara qarşı 5,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. ANS PRESS-in İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fiziki şəxs Həsənov Dəyanət Cəfər oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən edilib. Qanun pozuntuları ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Dəyanət Həsənov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində işə baxıldıqdan sonra "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə fiziki şəxs D.Həsənov barəsində 5,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
DOSTLARINLA PAYLAŞ: