Ölkə

Şamaxının qaz təchizatında məhdudiyyətlər olacaq

Şamaxı, Mədrəsə və Çuxuryurd avtomat qaz paylayıcı stansiyalarında təbii qazın nəqli dayandırılacaq.

· Xəbərçi
Şamaxının qaz təchizatında məhdudiyyətlər olacaq
Şamaxının qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cari təmir işləri ilə əlaqədar olaraq, 27.05.2011-ci il tarixdə saat 09:00-dan 19:00-dək Şamaxı, Mədrəsə və Çuxuryurd avtomat qaz paylayıcı stansiyalarında təbii qazın nəqli dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Şamaxı şəhəri daxil olmaqla, rayonun təbii qazla təmin olunmuş bütün qəsəbə və kəndlərinə mavi yanacağın verilişi məhdudlaşdırılacaq. ANSPRESS

Şərhlər