Şamaxı Olimpiya İdman Kompleksi sökülür
05 Aprel 2010 Bazar Ertəsi 22:20
Şamaxı Olimpiya İdman Kompleksi müasir tələblərə cavab verməməsinin güdazına gedib.
İnşasına 2003-cü ilə başlanmış və 2005-ci il aprel ayının 26-da istismara verilmiş Şamaxı Olimpiya İdman Kompleksi artıq yoxdur. Kompleks müasir tələblərə cavab verməməsinin güdazına gedib. Mərkəzin direktoru İlqar Əfəndiyevin sözlərinə görə tikilinin fasadı və memarlıq üslubu da tələblərə cavab vermirdi.

Köhnə kompleksin yerində inşa olunacaq yeni mərkəz isə bütün bu tələblərə uyğun olacaq. Burada böyük futbol meydançası və beynəlxalq standardlara cavab verən hovuz olacaq.

Qeyd edək ki, Olimpiya Kompleksinin 725 nəfərlik tamaşaçı yeri olan böyük idman salonu bütün əl oyunları, mini futbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün nəzərdə tutulmuşdu. Burada eni 12,5 metr, uzunluğu 25 metr olan üzgüçülük hovuzu da var idi. Respublikamızda sayca doqquzuncu olan bu kompleksdə idmançıların istirahəti üçün dördulduzlu hotel səviyyəsində 15 kottec də tikilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar