Salyandakı tarixi məscid təmir olunub
11 Avqust 2011 Cümə Axşamı 12:17
XIX əsrdə tikilən məscidin analoqu yalnız Ərdəbildədir
Salyanda 8 il öncə baş vermiş daşqının qəzalı vəziyyətə saldığı məscidin bərpası nəhayət başa çatıb. ANS TV-nin bölgə müxbirinin məlumatına əsasən, 8 il bundan qabaq tam qəzalı vəziyyətdə olan Ağahuseyn Cümə məscidi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir olunaraq dindarların ixtiyarına verilib.
Xatırladaq ki, 2003-cü ildə baş verən daşqınlar cumə məscidini tam qəzalı vəziyyətə salmışdı. 1865-ci ildə Salyan rayon sakini Hacı Mehdi adlı şəxsin oğlu Ağahuseynin adına tikdirdiyi Cümə məscidi uzun illər qəzalı vəziyyətdə olub. 18 gümbəzdən ibarət olan Cümə məscidinin anoloqu dindarların dediyinə görə yanlız Cənubi Azərbaycanın Ərdəbil şəhərindədir. Hər iki məscid usta kərbəlayi Ələkbərin rəhbərliyi ilə tikilib. Elə o vaxtdan Cümə məscidini on nəfərdən ibarət dini icma idarə edir.
Qeyd edək ki, Salyan qəzası dindarları ilə məşhur olub. Təkcə XIX əsrin sonu XX əsrin əvvəllərində Zaqafqaziya Musəlmanları İdarəsinin 3 şeyxul-islamı dalbadal Salyan qəzasından olub və onların dini idarəsi Tiflis şəhərində yerləşib.
DOSTLARINLA PAYLAŞ: