Salyanda elektrik yarımstansiyası istifadəyə verilib
29 Aprel 2010 Cümə Axşamı 17:40
Stansiyanın açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib.
Bu gün prezident İlham Əliyev Salyanda elektrik yarımstansiyanın və yüksək gərginlikli hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, 220 kilovotluq “Salyan” yarımstansiyasının, 330 və 220 kilovoltluq yüksək gərginlikli hava xətlərinin inşasına 2006-cı ilin avqustunda başlanıb. Dövlət başçısı İlham Əliyev stansiyanı işə salıb.
Qeyd edək ki, prezident İlham Əliyev bu gün Salyanda soyuducu anbar kompleksinin açılışında da iştirak edib. Məlumat verilib ki, kompleksdə 150 nəfər daimi, 300 nəfər isə mövsümü işlə təmin olunacaq.
Sonra dövlət başçısı Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev respublikamızda, o cümlədən Salyan rayonunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Rayon ictimaiyyəti və sahibkarlar adından çıxış edən Həziran Usubov göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib. anspress
DOSTLARINLA PAYLAŞ: