Salatın Əsgərovanın qətlindən 19 il ötür
09 Yanvar 2010 Şənbə 03:00
Salatın Əsgərova 1991-ci ildə Laçından Şuşaya gedərkən erməni əsgərləri tərəfindən qətlə yetirilib.
Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın qətlə yetirilməsindən 19 il ötür. O, 9 yanvar 1991-ci ildə Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən qətlə yetirilib. Ailəli idi, bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib və “Baku” ilə “Molodyoj Azerbaydjana” qəzetlərində işləyib.

Salatın Əsgərova Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar