Sakinlər çimərliklərin pullu olmasından narazıdır
04 Avqust 2012 Şənbə 19:00
“Sahil” və “Şıx” çimərliklərində çimmək qadağan olunsa da sakinlər buna məhəl qoymur.
Paytaxtda hökm sürən isti hava şəraiti ilə əlaqədar əhalinin sərinləmək üçün üz tutduğu yeganə məkan çimərliklərdir. Çimərliklərin monitorinqinin nəticəsində “Sahil” və “Şıx” çimərliklərində çimmək qadağan olunsa da sakinlər buna məhəl qoymur.

Havaların isti keçməsi ilə əlaqədar əhalinin əksəriyyəti çimərliklərə üz tutur. Lakin heç də bütün çimərliklər ekoloji cəhətdən təmiz deyil. Baş çəkdiymiz Şıx çimərliyində çimmək qadağan olunsa da, buna riayət olunmur. Sakinlər qadağan olunmuş hissədən istifadənin səbəbini müxtəlif cür izah edirlər.

Çimərliklərə üz tutanların bir qismi isə qadağan olunmuş ərazilərdə deyil, yüksək xidmətlərin təklif olunduğu pullu çimərliklərdə dincəlməyə üstünlük verirlər. Bu cür istirahət mərkəzlərinə üz tutan şəxslərin əksəriyyətinin isə ölkəmizə gələn turistlər olduğunu müşahidə etdik.

Qeyd edək ki, Sahil və Şıx çimərlikləri əhalinin istifadəsi üçün yararsız sayılan çimərliklərdir. Bu, həmin çimərliklərdəki suyun tərkibidə bağırsaq çöplərinin həddindən artıq olması ilə izah edilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar