Şair Həsənov prezident fərdi təqaüdünə layıq görüldü
07 May 2014 Çərşənbə 18:17
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Nəcməddin oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
DOSTLARINLA PAYLAŞ: