Şahin Mustafayev Celilabadda vetendaşları qebul edib
25 Oktyabr 2013 Cümə 15:57
Qebulda Masallı, Yardımlı, Bilesuvar ve Celilabad rayonlarından olan 60-a yaxın vetendaş iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 25-də Cəlilabad şəhərində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib. ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, saat 10:00-dan etibarən nazir vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri operativ şəkildə həll edilib.
Ümumiyyətlə, qəbulda 60-a yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, abadlıq işlərinin genişləndirilməsi, kənd məktəbinin təmiri, sosial və s. məsələlərlə bağlı olub. Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib. Eyni zamanda heyvandarlıq, quşçuluq, üzümçülük, meyvəçilik, kənd təsərrüfatı məhsullarının emalı, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
DOSTLARINLA PAYLAŞ: