“Sahil” bağındakı Gül bayramından fotolar
03 May 2011 Çərşənbə Axşamı 12:58
Tədbir Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilib
Bakının Səbail rayonunda “Sahil” bağında ARDNŞ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Gül bayramı keçirilib. Tədbirdə ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən bağçalarda tərbiyə alan uşaqların iştirakı ilə hazırlanan və Heydər Əliyevin xatirəsinə həsr edilən gül kompozisiyaları, maketlər, rəsmlər nümayiş olunub.

İdarənin tabeçiliyində olan mədəniyyət saraylarının incəsənət kollektivləri paytaxt sakinlərinə mahnı və rəqs çələngindən ibarət konsert proqramı təqdim ediblər. Əl işlərini və konsert proqramını minlərlə paytaxt sakini izləyib. ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən 5 mədəniyyət sarayı və 39 uşaq bağçası Gül bayramına ümumilikdə 200 əl işi təqdim edib. A

ARDNŞ-in Sosial İnkişaf İdarəsindən verilən məlumata görə, mədəniyyət sarayları və uşaq bağçalarının kollektivləri müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə paytaxtda keçiriləcək digər bayram tədbirlərində də maraqlı əl işləri və rəngarəng musiqi çələngi ilə iştirak edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar