Safura Əlizadə ana oldu
11 Avqust 2014 Bazar Ertəsi 11:35
Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əlizadə ana olub.
“Eurovision-2010” təmsilçisi Safura Əlizadənin ailəsində sevinc hissləri yaşanıb.
Bir müddət əvvəl Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva ana olub.
Bu barədə Safuranın şəxsi facebook səhifəsində, “Safuran ana oldu” məlumatı yazılıb. Eyni zamanda Safura övladını Bakıda yox, Türkiyədə dünyaya gətirdiyi də qeyd olunub.
Qeyd edək ki, Səfurə Əlizadə 1992-ci il 20 sentyabrda Bakı şəhərində musiqiçi və dizayner ailəsində anadan olmuşdur. 3 yaşından oxumağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili var. Müxtəlif müsabiqələrdə iştirak edib və birincik qazanıb. 29 may 2010-cu ildə keçirilən "Avroviziya-2010" yarışmasının final mərhələsində uğurla çıxış edərək 145 balla beşinci yerə çıxıb.
DOSTLARINLA PAYLAŞ: