Şabrandan fəlakət bölgələrinə yardım göndərilib
11 May 2010 Çərşənbə Axşamı 17:10
Rayon İcra Hakimiyyətində təcili müşavirə keçirilib.
Kürün yaratdığı fəsadları aradan qaldırmaq üçün Şabran rayonu öz imkanları daxilində fəlakət bölgələrinə kömək göstərib. Rayon İcra Hakimiyyətində keçirilən təcili müşavirədən sonra qərara alınıb ki, Kür sularının yardığı bəndlərin bərpası üçün hələlik fəlakət bölgələrinə beton plitələr göndərilsin.

“Qərara aldıq ki, beton göndərək. 15 maşın dünən göndərdik, 5 maşın da bu gün göndərmişik. Kürün bəndini düzəltmək üçün öz borcumuzu verdik. Beton daşıyan maşınlar Salyan, Şirvan və Sabirabada göndərilib. İcra hakimiyyəti daşqın nəticəsində zərərçəkmiş əhaliyə də kömək göstərilməsini planlaşdırır”, - deyə Şabran Rayon Su Suvarma Sistemi İdarəsinin rəisi Adil Şamilov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar