Ölkə

Sabirabaddakı daşqın digər rayonları xilas etdi

Salyan və Neftçalada hələlik daşqın təhlükəsi aradan qalxıb.

· Xəbərçi
Sabirabaddakı daşqın digər rayonları xilas etdi
Sabirabadın Azada kəndi istiqmətində Kür çayının qarşısında qurulan bəndin dağılmasından sonra kəndin bir hissəsi – 150-yə yaxın ev suyun altında qalıb. ANS-in təbii fəlakət bölgəsinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, kənddə 60-dan çox ev selin təsirindən uçub. Həmin ərazidə yaşayan insanlar isə evakuasiya olunduğundan insan tələfatı yoxdur.

Hazırda Azada kəndindən rayonun mərkəzinə doğru olan Bala-Həşimli və digər kəndlərin ərazisində də suyun qarşısını almaq üçün köməkçi bəndlər qurulub.

Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanovun verdiyi məlumata görə, bu gün Kürün səviyyəsi ötən günlərlə müqayisədə 5 santimetr artıb.

Sabirabadın Azada kəndi ərazisində su bəndinin dağılması əsasən Salyan və Neftçalaya yardım edib. Həmin ərazilərdə suyun səviyyəsi 30 santimetr azalıb və hələlik daşqın təhlükəsi aradan qalxıb. anspress

Şərhlər