Sabirabadda Kürün səviyyəsi artmaqda davam edir
20 May 2010 Cümə Axşamı 21:30
Hacıqabulda 300 hektar əkin sahəsi suyun altında qalıb.
Sabirabad rayonunda Kürün səviyyəsi artmaqda davam edir. ANS-in təbii fəlakət bölgəsinə ezam olunmuş xüsusi müxbirinin verdiyi son məlumata görə, rayonda suyun səviyyəsi gün ərzində daha 3 santimetr qalxıb. Dünən gecədən səhər saatlarında qədər çayda suyun səviyyəsi isə 10 santimetr qalxıb. Çay boyunca bəndvurma işləri və möhkəmləndirilmə işləri davam etdirilir.
Bu gün səhər saatlarında Hacıqabul rayonunun Talış kəndi istiqamətində dağılan bənd bərpa olunsa da, təqribən 300 hektar əkin sahəsi su altında qalıb. Hazırda rayon ərazisində qurulan bəndlərdə möhkəmləndirilmə işləri davam etdirilir.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin verdiyi məlumata görə, Horadiz və Bəhramtəpə istiqamətində Araz çayında suyun səviyyəsində azalma müşahidə olunub. Amma bu azalma Sabirabad və ətraf ərazilərdə təqribən 5-6 gündən sonra hiss oluna bilər. Kür çayının Salyan və Neftçaladan keçən hissələrində isə suyun səviyyəsində 8 santimetr azalma qeydə alınıb. anspress
DOSTLARINLA PAYLAŞ: