Sabiq müdafiə naziri Əlövsət Baxışov Veteranlar Şurasının sədri seçilib
28 Yanvar 2014 Çərşənbə Axşamı 16:20
Şuranın sabiq sədri Əlövsət Baxışovun yerinə general-mayor Dadaş Rzayev təyin edilib.
Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. Bakı Şəhər Veteranlar Şurasından istefada olan polkovnik Cahangirov Məhərrəmin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikası Veteranlar Şurasının Plenum iclası keçirilib.

İclasda Şuranın sabiq sədri Əlövsət Baxışovun vəfat etməsi ilə əlaqədar, sədrliyə sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin namizədliyi irəli sürülüb və səsə qoyulub. D. Rzayev Veteranlar Şurasının sədri seçilib.

İclas zamanı Vəfat etmə və Şuradan ayrılma səbəbləri ilə Rəyasət Heyətinin vakant yerlərinə 11 nəfər seçilib.

Qeyd edək ki, Dadaş Rzayev, 1993-cü ilin 20 fevralından, 1993-cü ilin 17 iyununa qədər Azərbaycan Respublikasının müdafiə naziri olub


DOSTLARINLA PAYLAŞ:

oyunlar