Sabahdan Azərbaycan ərazisində yağıntılar kəsiləcək
06 Aprel 2011 Çərşənbə 11:58
Aprelin 7-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.
Aprelin 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 14-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 7-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq, yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,
gündüz 4-9 dərəcə isti olacaq.
Aprelin 8-də hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə güclənəcək. Gecə 4-9 dərəcə isti, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti gözlənilir.
DOSTLARINLA PAYLAŞ: