Sabah yeni ombudsman seçiləcək
04 Mart 2010 Cümə Axşamı 17:55
Milli Məclisin sahabkı iclasında insan hüquqları üzrə müvəkkil müəyyənləşəcək
Milli Məclisin sahab keçiriləcək iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili seçiləcək. Bundan başqa, parlament Azərbaycan və Fransa hökumətləri arasında diplomatik pasportlara malik olan vətəndaşların qısamüddətli viza rejimindən qarşılıqlı azad olunması və mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri barədə sazişləri təsdiqləyəcək, Avropa İttifaqının yeni üzvləri Bolqarıstanın və Rumıniyanın statusuna dair, Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı protokollara, “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə”, “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihələrinə də münasibət bildirəcək.

İclasda “Gömrük orqanlarında xidmət haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” əsasnamələrə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi”nə, Meşə Məcəlləsinə və digər qanunvericilik aktlarına əlavələr və dəyişikliklər ediləcək, “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar