Ölkə

Sabah temperatur 7 dərəcə aşağı düşəcək

Sabah temperatur 7 dərəcə aşağı düşəcək. Paytaxta sulu qar yağacaq.

· Xəbərçi
Sabah temperatur 7 dərəcə aşağı düşəcək
Ölkədə sabit, yağmursuz hava şəraiti sabaha qədər davam edəcək.
Sabahdan isə temperaturun 3-7 dərəcə aşağı düşəcəyi gözlənilir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya və Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova söyləyib.

Abşeron yarımadasında arabir güclənəcək qərb küləyinin əsəcəyi də istisna olunmur. Qəfil dəyişən hava şəraitində isə ilkin proqnozlara görə paytaxta dolu qar olmasa da, sulu qarın yağacağı bildirilir. Bölgələrdə isə sabahdan başlayaraq yanvarın 6-na qədər yağıntılı hava şəraitinin olacağı gözlənilir. Dağlıq ərazilərə isə qar yağacağı istisna olunmur. ANSPRESS

Şərhlər