“Yevlax-Balakən” magistral qaz kəməri ilə təbii qazın nəqli dayandırılacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Yevlax-Balakən” magistral qaz kəmərində cari təmir işlərinin aparılması ilə əlaqədar sabah 5 may tarixində saat 10:00-dan 18:00-dək təbii qazın nəqli dayandırılacaq.
Həmin müddətdə Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq. ANSPRESS
Sabah Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında qaz olmayacaq
Təmirlə bağlı Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.




Şərhlər