Sabah qaz olmayacaq
08 Dekabr 2009 Çərşənbə Axşamı 17:45
Nəsimi rayonunun bəzi küçələrinə təbii qazın nəqli müvəqqəti dayandırılacaq
Sabah Bakının bəzi yerlərində qazın verilişində yenidən məhdudiyyətlər yaranacaq.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, paytaxtın bir sıra küçələrində yerləşən binalarda yaşayan əhalinin təbii qazla təminatı dayandırılacaq. Nəsimi rayonu A. Məhərrəmov küçəsində yeni inşa olunmuş “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanaya çəkilən 108 mm-lik orta təzyiqli qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar sabah saat 10:00-dan 12:00-dək rayonun A.Məhərrəmov, 20 Yanvar və Alı Mustafayev küçələrinə təbii qazın nəqli müvəqqəti dayandırılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: