Ölkə

Sabah İçərişəhərdə açıq qapı günüdür

Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və digər abidələr, muzeylərlə ödənişsiz tanış olmaq mümkündür

· Xəbərçi
Sabah İçərişəhərdə açıq qapı günüdür
18 may beynəlxalq Muzeylər günüdür. Bu gün Azərbaycanda da qeyd edilir. Belə ki, sabah “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi və digər abidələr və muzeylərdə açıq qapı günü elan edilib. Bu barədə məlumat ANS PRESS-ə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilib. Arzu edən bir kəs tarixi irsimizlə yaxından tanış ola bilər.

Şərhlər