Sabah hava necə olacaq?
04 May 2011 Çərşənbə 12:23
Şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var
Mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 20-25° isti olacaq.

Mayın 6-da isə hava dəyişkən buludlu, yağmursuz olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 21-26° isti olacaq.

Azərbaycanın rayonlarında mayın 5-də gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 16-21° isti olacaq.

Mayın 6-da gün ərzində yağmursuz keçəcəyi, gecə və axşam əsasən şimal və qərb rayonlarında isə şimşək çaxacağı, intensiv yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar