Ölkə

Sabah Dənizkənarı Milli Parkda bütün atraksionlar pulsuz olacaq

Nazim Məcidov: "Çalışacağıq ki, hər bir uşaq karuseldən bir dəfə istifadə etsin".

· Xəbərçi
Sabah Dənizkənarı Milli Parkda bütün atraksionlar pulsuz olacaq
Sabah Dənizkənarı Milli Parkda bütün atraksionlar pulsuz olacaq. Yaşı 15-ə qədər olan uşaqlara səhər saat 09.00-dan 12.00-dək bulvardakı atraksiyonlardan pulsuz olaraq, istifadə etmək haqqı veriləcək. Qeyd edək ki, ilk dəfə iyunun 1-də, Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi günündə keçirilən aksiya zamanı valideynlər və balaca uşaqlar arasında xoşagəlməz hallar yaşanıb, nizamsız növbələr yaranıb. Eyni atraksiondan bir uşaq bir neçə dəfə istifadə etdiyindən bir çoxları kənarda qalıb.

Amma Bulvar İdarəsi belə halların təkrar olunmaması üçün sakinlərə yeni fürsət vermək qərarına gəlib. Eyni zamanda növbələrin, nizamsızlığın bir daha təkrarlanmaması üçün kassalarda pulsuz biletlər paylanacaq.

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS-ə açıqlamada bunları deyib: “Mən istərdim ki, valideynlər bir qədər səbrli olsunlar. Keçən dəfəki aksiyadan fərqli olaraq, anlaşılmazlıq yaranmasın deyə insanlara kassalarda ödənişsiz biletlər veriləcək. Çalışacağıq ki, hər bir uşaq karuseldən bir dəfə istifadə etsin”. ANSPRESS

Şərhlər