Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcəyə çatacaq
08 İyun 2011 Çərşənbə 11:57
Çimərliklərdə suyun temperaturu 30 dərəcəyə çatacaq. Paytaxtda yağış yağmaq ehtimalı var.
Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağması ehtimalı var. ANS PRESS-ə verilən məlumata görə, sabah paytaxtda və yarımadada dəyişkən buludlu hava olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-30 dərəcəyə çatacaq.
İyunun 10-da da dəyişkən buludlu, lakin yağmursuz hava proqnozlaşdırılır. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 26-31° isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 9-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti təşkil edəcək.
İyunun 10-da gün yağmursuz olsada, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-330 isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: