Yeraltı qaz kəmərinin yerüstü qaz kəmərilə əvəz olunması ilə əlaqədar sabah mayın 21-də saat 10.00-dan 18.00-dək “Digah” Qazpaylayıcı Stansiyasından qidalanan “Sərdarov zavodu” orta təzyiqli kəmərin qaz təchizatı dayandırılacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin müddət ərzində Binəqədi rayonunun Böyük Şor və M.Ə.Rəsulzadə qəsəbələrinin bir hissəsinin, eyni zamanda Yeni Yaşayış massivi adlanan ərazilərin qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaq. ANSPRESS
Sabah Binəqədi rayonunda qaz olmayacaq
Buna səbəb yeraltı qaz kəmərinin yerüstü qaz kəmərilə əvəz olanmasıdır.




Şərhlər