Sabah Bakıda duman gözlənilir
10 Aprel 2011 Bazar 18:38
Sinoptiklər Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyini bildirir.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperatur gecə 7-9° , gündüz 15-18° isti olacaq. Bakıda gecə 7-9° , gündüz 15-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 3-8° , gündüz 15-20° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperatur gecə 0-4° isti, gündüz 11-16° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 4-9° , gündüz 13-18° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperatur gecə 3-8°, gündüz 12-17° isti, dağlarda gecə 0-3° isti, gündüz 7-12° isti təşkil edəcək.

Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 7-11°, gündüz 15-20° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperatur gecə 8-10°, gündüz 14-19° isti, dağlarda gecə 1-4°, gündüz 10-14° isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar