Sabah Bakıda 40 dərəcə isti olacaq
13 İyul 2009 Bazar Ertəsi 13:00
Bəzi rayonlarda isə havanın hərarəti 41 dərəcəyə kimi yüksələcək

 

Bakıda və Abşeron yarımadasında bu həftə havanın temperaturu artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün paytaxt və yarmadada günəşli hava şəraiti olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 35-38°, axşam 24-27° dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° kimi artacaq.

Sabah isə bəzi yerlərdə havanın temperaturu bəzi yerlərdə 40 dərəcəyə çatacaq. Şimal küləyi gündüz cənub küləyinə keçəcək. Dəniz suyunun temperaturunda da artım olacaq; 27-28 dərəcə.

İyulun 15-də şimal küləyinin sürəti arabir güclənəcək. Havanın temperaturu 21-37 dərəcə olacaq. İyulun 16-da dəyişkən buludlu, yağmursuz hava proqnozlaşdırılır. Şimal küləyi gecə və səhər arabir nisbətən güclənəcək. Temperatur 21-37 dərəcə olacaq.

Azərbaycanın rayonlarında da iyulun 14-də yağmursuz hava olacağı ehtimal edilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 20-39, bəzi yerlərdə 41 isə dərəcə olacaq.

İyulun 15-16-da əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 20-41, dağlarda 13-30 dərəcə qalxacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında qızmar temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün risklidir./ANS PRESS/

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar