Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeronda temperatur gecə 16-20°, gündüz 25-30° isti olacaq. Bakıda isə gecə 17-19°, gündüz 28-30° isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 millimetr civə sütununa bərabər yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 60-65 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək. ANSPRESS
Sabah Bakıda 28-30° isti olacaq
Avqustun 29-da paytaxt və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.




Şərhlər