Sabah Arazın tarixi qolu bərpa olunacaq
25 May 2010 Çərşənbə Axşamı 22:15
Fəlakət zonasında vəziyyətin qismən yaxşılaşacağı gözlənilir.
Sabah günorta saatlarında İmişli rayonunda Bəhramtəpə hidroqovşağının yaxınlığında Araz çayının vaxtilə mövcud olan qoluna yenidən su buraxılması planlaşdırılıb. ANS-in təbii fəlakət bölgəsinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Araz çayının bu qolu istifadəyə verildikdən sonra Kürdə suyun səviyyəsinin azalacığı gözlənilir. Sarısu gölündən kəndlərə axan suyun da Arazın bu qoluna yönləndirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Bəhramtəpə hidroqovşağının 2 km. yuxarı hissəsində su buraxılacaq tarixi qolun uzunluğu 130 km olacaq. Tarixi məcranın bərpası sayəsində Araz çayının suyunun bir hissəsi Biləsuvar və İmişli rayonlarının ərazisindən keçərək heç bir yaşayış məntəqəsinə ziyan vurmadan Qızılağac qoruğunun şimal hissəsindən Xəzər dənizinə axıdılacaq.

Hazırda “Azərkörpü” ASC və “Azerenerji” ASC-nin onlarla ağır texnikası hissələrə bölünərək tarixi məcraya qədər - uzunluğu 5 km, eni 200 metr olan məsafədə dərinləşdirmə işləri aparırlar.

Tarixi qolun bərpası həm Araz çayında suyun azalmasına, həm də İmişli və Biləsuvarın boş sahələrinin suvarma suyu ilə tam təmin edilməsinə xidmət edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar