Ağdaşın qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işlərinin aparılması və siyirtmələrin quraşdırılması ilə əlaqədar sabah aprelin 29-da saat 09:00-dan 18:00-dək “Ağdaş” və “Şəmsabad” Qazpaylayıcı Stansiyalarından təbii qazın təchizatı dayandırılacaq.
Həmin müddətdə Ağdaş şəhəri daxil olmaqla rayonun bütün kənd və qəsəbələrinə təbii qazın verilişində məhdudiyyətlər olacaq. ANSPRESS
Sabah Ağdaşda qaz olmayacaq
Ağdaş şəhəri daxil olmaqla, rayonun bütün kənd və qəsəbələrinə təbii qazın verilişinə məhdudiyyətlər qoyulacaq




Şərhlər