“Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində qaz təchizatı dayandırılacaq. Dövlət Neft Şirkərinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cari təmir işləri ilə əlaqədar olaraq sabah iyunun 22-də saat 1000-dan 500 mm-lik “Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq.
Təmir müddətində Abşeron rayonunun Müşviqabad, Aşağı Güzdək, Daş Güzdək, Qobu, Ceyranbatan, Saray, Pirəküşkül, Qobustan, Çaylı kənd və qəsəbələrinə, Binəqədi rayonunun Çiçək qəsəbəsinə, Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinə və Sumqayıt şəhərinə mavi yanacağın verilişində fasilələr yaranacaq. ANSPRESS
Sabah Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq
"Qaradağ-Sumqayıt" və "Sumqayıt-Yaşma" qaz kəmərlərində qaz təchizatı dayandırılacaq.




Şərhlər