Sabah 2 rayonda qaz olmayacaq
21 May 2012 Bazar Ertəsi 20:22
Ucar və Şamaxı rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Ucar və Şamaxı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 22 may tarixində saat 10:00-dan 18:00-dək “Ucar” və “Lək” Qazpaylayıcı Stansiyalarından, eyni zamanda saat 09:00-dan 19:00-dək Dilman Şərədil xətti istisna olmaqla “Şamaxı” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Ucar şəhəri daxil olmaqla rayonun Gəraybəyli, Rəstəcə, Qarabörk və Lək kəndlərinə, həmçinin Şamaxı şəhəri daxil olmaqla rayonunun Meysəri, Xınıslı kəndlərinə və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar